Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV: -Donald Tramp vəzifə borcuna səhlənkar yanaşır

KİV: Donald Tramp vəzifə borcuna səhlənkar yanaşır

ABŞ prezidenti Donald Tramp bütövlüklə 3 noyabr seçkilərinin nəticələrini ləğv etdirməyə başı qarışdığından birbaşa vəzifə səlahiyyətlərinə səhlənkarlıq göstərməyə başlayıb.

Yenixeber.org: Koronavirusun səbəb olduğu böhran şəraitində belə ölkə başçısı yalnız öz siyasi məsələlərilə məşğul olur, nə özü, nə də köməkçiləri jurnalistlərə məlumat verirlər, ölkədə və xaricdə baş verənlərə də şərh vermirlər.

Seçkilərdə Co Baydenin qələbə çaldığı açıqlanandan bu yana D.Tramp cəmi iki dəfə jurnalistlərlə görüşüb, hər dəfə də seçki saxtakarlığından danışıb. 11 noyabr Veteranlar Günü münasibətilə Arlinqton qəbiristanlığında naməlum əsgərin abidəsini ziyarət edən prezident seçkilərdən sonra ictimaiyyətə ilk və son dəfə göründü.

Lakin Ağ Evin mətbuat katibinin müavini Cadd Der verdiyi açıqlamada prezidentin ölkə idarəçiliyindən əl çəkməsinə dair hər cür ehtimalların düzgün olmadığını, dürüst və ədalətli seçki uğrunda mübarizəsini vəzifə borcu ilə birləşdirdiyini vurğulayıb.

Xatırladaq ki, seçkilərdə Demokrat Partiyasının namizədi Co Bayden qələbə çaldığını açıqlasa da, hazırkı prezident D.Tramp bununla razılaşmayaraq səslərin hesablanması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam