Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Tramp koronavirusla bağlı paylanılacaq yardımların üstünə adını yazdırır - ABŞ-da ilk dəfə


ABŞ prezidenti Donald Tramp kömək məqsədilə amerikalılara göndəriləcək ödəmə çeklərin üzərinə öz adını yazdırması tənqidlərə səbəb olub.
Yenixeber.org: ABŞ Senatının koronavirus (COVID-19) ilə mübarizə çərçivəsində ölkə vətəndaşlarına ayıracağı (2,2 trilyon dolarlıq yardım paketi) 500, 1200 və 2400 dollarlıq çeklərin sol tərəfində "Prezident Donald Tramp" yazılacaq. Prezidentin bu barədə qərarı həmin çeklərin paylanılmasının 3-5 gün arası gecikmə ilə paylanmasına da səbəb olacaq. Atılan bu addım ölkədə səs-küyə səbəb olub. 
Koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərərlə mübarizədə 70 milyon vergi ödəyicisinə ayrılmış çeklərin üzərinə prezidentin adının yazılması fürsətdən istifadə etmə, seçkiqabağı çıxar kimi qəbul edilib. ABŞ Nümayəndələr Palatasının Sədri Nensi Pelosi verdiyi açıqlamada bildirir: 
“Çeklərin gecikməsi uğursuzluğun nümunəsidir. İndi əvvəlkindən daha çox həqiqətə ehtiyacımız var. Həqiqət budur ki, prezident Donald Tramp pandemiya ilə mübarizə aparmaq üçün infrastrukturu dağıtdı, bu isə lazımsız ölümlərə və iqtisadi fəlakətə yol açdı. İqtisadi proqramlar ölkə ərazisində işçiləri qorumaq üçün çox vacib vasitədir.  Ancaq Trampın ciddi qüsurları, kiçik biznes sahiblərinə ehtiyac duyduqları köməyi əldə etmələrinə mane oldu. Ailələrə birbaşa göndəriləcək çeklərin üzərinə ad yazdırmaq üçün ödəmələri gecikdirmək prezident Trampın bu böhranın öhdəsindən gələ bilməməsinin başqa bir utandırıcı nümunəsidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam