Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan-Fransa Ticarət -Sənaye Palatası Qələbə münasibətilə təbrik edir

Azərbaycan-Fransa Ticarət - Sənaye Palatası Qələbə münasibətilə təbrik edir

Azərbaycan - Fransa Ticarət və Sənaye Palatası Azərbaycan xalqını Dağlıq Qarabağ müharibəsinin bitməsi və nəhayət, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi münasibəti ilə təbrik edir.

Yenixeber.org: Palatadan verilən məlumata görə, uzun illər vətənindən ayrı düşmüş məcburi köçkünlərin yaxın zamanda öz evlərinə qayıda bilməsi çox sevindiricidir.

Palata hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib və Azərbaycan xalqının haqlı mübarizəsinin yanında olub. Azərbaycan xalqına layiqli qələbə qazandıran hərbi qulluqçularımıza göstərdikləri şücaətə görə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərin və mülki vətəndaşların ailələrinə baş sağlığı verir. Həmçinin üzv şirkətlərimizdə çalışmış şəhidləri hörmətlə anır, kollektivlərinə və ailələrinə baş sağlığı veririk.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda qeydiyyatdan keçmiş və 60-dan çox beynəlxalq və yerli üzv şirkətin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir, həmin təşkilatların bir hissəsi deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam