Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın faktiki baş naziri Anna olub? –Sensasion məktub

Ermənistanın faktiki baş naziri Anna olub? – Sensasion məktub

Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ohannisyan Baş nazir Nikol Paşinyanın xanımı Anna Akopyana, hakim “Mənim addımım” fraksiyasının deputatlarına, polisə və xüsusi xidmət orqanının əməkdaşlarına açıq məktub yazıb. 

Yenixeber.org: Arpine Ohannisyan məktubda Anna Akopyanı “faktiki Baş nazir” kimi təqdim edib. Keçmiş nazirin məktubunu təqdim edirik: 

"Hörmətli Anna,

Bu 2,5 il ərzində həyat yoldaşınıza böyük təsirinizin olduğunu açıq şəkildə nümayiş etdirdiniz. İlk gündən Qarabağ mövzusuna girişdiniz. Ərinizin utancverici açıqlamalarına əlavə olaraq sülh təbliğatı aparmaq üçün yola çıxıdınız. Bu gün bunun nəticələrini gördük. Böyük qurbanlar hesabına qorunan vətəni satdınız. Yalnız Qarabağı deyil, Ermənistanı da satdınız. Ancaq yenə nəyisə dəyişməyə ümid var.

Nifrət etdiyiniz dövlət naminə, pərəstiş etdiyiniz təhlükəsizliyiniz naminə, sevdiyiniz övladlarınız naminə ərinizə real təsirinizi nümayiş etdirin, istefa verin. Siz nə təklif etsəniz Nikol imzalayacaq. 

Liderinin xain olduğu, vətəni müdafiə edənlər cəbhədən qayıtdıqdan sonra böyük problemlərin ortaya çıxacağı bir ölkədə yaşamaq sözlə ifadə edilməyəcək qədər çətindir. 

“Mənim Addımım”ın vicdanı olan hörmətli deputatları “vətən xaini” damğası ilə yaşamaq əvəzinə bir addım atın. İnanmaq istərdim ki, vətəni Nikoldan çox sevirsiniz.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, siz həmişə dövlətə xidmət etmisiniz və indi də xidmət etdiyiniz hakimiyyətin dövlət olduğunu düşünürsünüz. Xeyr. Dövləti verdilər, Qarabağı verdilər, Ermənistanı da verirlər. Unutmayın ki, siz ilk növbədə Ermənistan vətəndaşısınız və yalnız bundan sonra polis əməkdaşı, dövlət qulluqçususunuz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam