Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İLK DƏFƏ! Qubadlı rayonunun Məmər kəndi:tarixi məscidi ermənilər tövlə etmişdilər- VİDEO

 

 

 

Qubadlı rayonunun Məmər kəndindən görüntüləri təüdim edirik. Bu məscid dini abidədir. Təəssüflə qeyd etməliyik ki, 18-ci əsrə aid olan bu məscid ermənilər tərəfindən tövlə kimi istifadə edilib.

Yenixeber.org: Azərbaycan ordusu Qarabağla bərabər, milli -dini abidələrimizi də xilas edir.

27 Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlamış alçaq düşmənin daha bir tarixi məscidi donuzxanaya çevirdiyi məlum olub. Bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev özünün Twitter səhifəsindən bildirib H.Hacıyev yazıb: “Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki (Qubadlı rayonu,-red.)  XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib. Biz UNESCO, ICESCO və İƏT-i bu barbar əməlləri ciddi şəkildə pisləməyə çağırırıq”.

Prezidentin köməkçisi düşmənin Məmər kəndindəki tarixi məscidi donuzxanaya çevirdiyini əks etdirən videogörüntüləri də paylaşıb. Bu görüntülər kəndin işğaldan azad edilməsindən sonra çəkilib.

Xatırladaq ki, Zəngilan işğaldan azad olunandan sonra bu rayon ərazisindəki tarixi məscidin də ermənilər tərəfindən donuzxanaya çevrildiyini təsdiqləyən, əsgərlərimiz tərəfindən çəkilmiş videokadrlar yayılmışdı. Bu cür qeyri-insani, anti-bəşəri əməllərin içərisində boğulan düşmən isə hazırda durmadan beynəlxalq normalardan, humanizmdən və digər ümumbəşəri dəyərlərdən yapışaraq döyüş meydanında uğradığı məğlubiyyəti az qala “genosid” kimi qələmə verir...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam