Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

40 paytaxt məzunu -Prezident təqaüdünə layiq görülüb

40 paytaxt məzunu Prezident təqaüdünə layiq görülüb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzunu Prezident təqaüdünə layiq görülüb
Yenixeber.org: Bu barədə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub.

“2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib.

Prezident təqaüdçüləri paytaxtdakı 5, 36, 47, 57, 62, 71, 72, 80, 89, 114, 130, 157, 165,166, 177, 178, 182, 192, 202, 213, 229, 244, 250, 261, 263, 266, 276, 278, 284, 305 və 311 nömrəli ümumi təhsil məktəblərinin məzunlarıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam