Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Hərbçilərimiz mülki əhali ilə davranış qaydalarına əməl edir” -MN

“Hərbçilərimiz mülki əhali ilə davranış qaydalarına əməl edir” -  MN
Hər gün döyüşlərdə üzləşdiyi uğursuzluqlar, verdiyi çoxlu sayda itkilər və itirdiyi vacib mövqelər düşməni müxtəlif üsullara əl atmağa vadar edir.
Yenixeber.org: Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Müharibədə bütün vasitələr yaxşıdır” prinsipindən irəli gələrək düşmən artıq Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı böhtan və qarayaxama kampaniyasına başlayıb.

"Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin Xocavənd rayonunun Tuğ kəndində hərbi cinayətlər törətməsi barədə iddiaları iftiradan başqa bir şey deyil. Ali Baş Komandanın da vurğuladığı kimi “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”. Məhz Ermənistan Gəncə və Bərdə şəhərlərinin dinc sakinlərini vəhşicəsinə raket atəşinə tutmaqla özünün əsl müharibə cinayəti törətdiyini bir daha sübut etdi. Bildiririk ki, Azərbaycan Ordusunun şəxsi heyəti Beynəlxalq humanitar hüququn əsası hesab edilən Cenevrə konvensiyası və digər normativ-hüquqi sənədlərinin tələblərinə riayət edir. Bu isə o deməkdir ki, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız mülki əhali ilə davranış qaydalarına əməl edir", - deyə məlumatda vurğulanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam