Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Ermənilər indiyədək -Tərtərə 15 700 top atıb

Ermənilər indiyədək Tərtərə 15 700 top atıb

Noyabrın 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini artilleriya atəşinə tutub.

Yenixeber.org: Bu barədə  cəbhə bölgəsinə ezam olunmuş əməkdaşımız xəbər verir.

Saat 15:40 radələrindən başlayaraq düşmən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndlərinə ümumilikdə 52 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

"Report"un əməkdaşı ilə söhbət edən Tərtər rayon sakini Füzuli Həsənov bildirib ki, düşmən tərəfindən atılan top mərmiləri nəticəsində evi dağılıb. O qeyd edib ki, buna baxmayaraq rayon ərazisini tərk etməyiblər:

"Şəhər ərazisində həyat öz axarı ilə davam edir. Biz düşməndən qorxmuruq. Ordumuza güvənirik. Yaşasın Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır!".

Sentyabrın 27-dən noyabrın 2-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 15 698 top mərmisi atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.

Nəticədə 915 evə ziyan dəyib, 135 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.

Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 67 yardımçı tikiliyə, 25 sosial obyektə, 1 abidəyə, 8 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 28 ticarət obyektinə, 5 xidmət sahəsinə, 17 inzibati binaya, 10 məzar daşına ziyan dəyib. (report)

Foto: Elçin Murad


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam