Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Tərtərə ümumilikdə 12 500 mərmi atıb, 600-dan çox mülki ev dağılıb

Ermənilər Tərtərə ümumilikdə 12 500 mərmi atıb, 600-dan çox mülki ev dağılıb

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri və ətraf kəndləri yenidən atəşə tutmaqda davam edir.

Yenixeber.org: Bu barədə cəbhə bölgəsinə ezam olunmuş əməkdaşımız xəbər verir.

Oktyabrın 16-da düşmən tərəfindən rayon ərazisinə 400-ə yaxın mərmi atılıb. Nəticədə 10-dan çox mülki evə ziyan dəyib.

Sentyabrın 27-dən oktyabrın 16-dək isə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 12 500 mərmi atılıb. Atılan top mərmiləri zamanı ümumilikdə Tərtər rayonunda 14 nəfər ölüb, 52 nəfər yaralanıb.

Ümumilikdə 116 mülki ev və 28 yadımçı tikililər tamamilə dağılıb.

Bundan başqa, 600-dən çox evə, 57 çoxmənzilli yaşayış binasına, 19 sosial obyektə, 8 istehsal obyektinə, 40 ticarət obyektinə, 18 inzibati binaya və 45 yardımçı tikililərə ziyan dəyib. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam