Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əsgərlərimizə 10 mindən artıq məktub göndərildi

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin “Əsgərə məktub” layihəsi davam edir.

Yenixeber.org: MMC-dən bildirilib ki, bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “Əsgərə məktub” layihəsinə qoşulublar.

Dənizçi tələbələr məktublarında Qarabağın azadlığı uğrunda əsgərlərimizin apardığı mübarizədən, işğaldan azad olunan tarixi yurd yerlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından qürurla bəhs ediblər. Onlar mənfur düşmənə qarşı göstərdikləri şücaətə görə əsgərlərimizə minnətdarlıqlarını bildiriblər. Məktublarda o da xüsusi qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər böyük ruh yüksəkliyi ilə qarşılanır.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin 1500-ə yaxın poçt şöbəsi və “Şəbəkə” xidmət mərkəzləri vasitəsilə “Əsgərə məktub” layihəsi çərçivəsində bu günə qədər 10 mindən artıq məktub ön cəbhədə xidmət göstərən əsgərlərimizə göndərilib.

“Azərpoçt” MMC bir daha vətəndaşlarımızı “Əsgərə məktub” layihəsinə qoşularaq əsgərlərimizə dəstək olmağa çağırır!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam