Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ermənilərin “öldürdüyü“ Səyyad Əlizadədən açıqlama:  -“Onların mayası...“

Ermənilərin “öldürdüyü“ Səyyad Əlizadədən açıqlama:  “Onların mayası...“

Ermənilər son günlər sosial mediada bəzi məşhur simalarımızın hərbi forma geyinməsindən istifadə edərək onları hərbiçi kimi qələmə verirlər. Bu dəfə onlar tanınmış müğənni Səyyad Əlizadəninin şəklini paylaşaraq, onu yüksək rütbəli hərbiçi kimi qələmə veriblər. Karine Manukyan adlı şəxs Səyyad Əlizadənin fotosunu paylaşaraq: "Azərbaycan ordusunun daha bir yüksək rütbəli zabiti mayor Səyyad Əlizadə igid ordumuz tərəfindən öldürüldü" sözlərini yazıb.

Yenixeber.org: Məsələ ilə bağlı danışan S.Əlizadə ermənilərin hər zaman yalana əl atdığını bildirib:

“Bu gün ARB telekanalında canlı efirdə idim, elə efir vaxtı televiziya işçiləri dedilər ki, ermənilər bu dəfə sizi “öldürüblər”. Xəbərdən sonra yüzlərlə zəng gəldi, gəlib özüm də baxdım ki, doğurdan da məni paylaşıblar. Bilirisiniz, erməni tayfasının mayası yalandır, onların hər şeyi yalan üzərində qurulub. Bu birinci dəfə deyil, indi də şəklimi götürüb yalandan paylaşıblar”.

İfaçı sözügedən fotoşəkilin çəkdirdiyi klipdən olduğunu qeyd edib:

“Əsgər forması geyinib şəkil çəkdirməmişəm. Paylaşılan şəkil “Azərbaycan əsgərləri” adlı klipimdəndir. O klipi 2015-ci ildə çəkmişik, sözləri Vaqif Bəhmənlinin, musiqisi mənimdir, oranjemanını isə Türkiyədə etdirmişik. Həmin klip Müdafiə Nazirliyinin dəstəyi ilə çəkilib. Allah hamımıza tezliklə tam qələbənin sevincini yaşatsın, ordumuza, Ali Baş Komandanımıza can sağlığı versin”.

Ermənilərin “öldürdüyü“ Səyyad Əlizadədən açıqlama:  “Onların mayası...“

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam