Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

UNİCEF ermənilərin öldürdüyü uşaqlarla bağlı bəyanat yaydı

UNİCEF ermənilərin öldürdüyü uşaqlarla bağlı bəyanat yaydı

UNICEF-in Dağlıq Qarabağda və onun hüdudlarından kənarda bir aydır davam edən döyüş əməliyyatları haqqında bəyanat yayıb.
Yenixeber.org: Həmin bəyanatı təqdim edirik:

"On aylıq Narin; bir yaşlı Mədinə; 8 yaşlı Aysu; 9 yaşlı Viktoriya; 13 yaşlı Şəhriyar; 13 yaşlı Artur; 14 yaşlı Fərid; 15 yaşlı Fidan; 15 yaşlı Nigar; 16 yaşlı Orxan. Bunlar Dağlıq Qarabağ münaqişəsi zonasında və onun hüdudlarından kənarda bir ay ərzində döyüş əməliyyatları nəticəsində qətlə yetirilmiş 10 uşağın adları və yaşlarıdır. 11-yaşlı oğlanın və 12 yaşlı qızın adları hələ açıqlanmayıb.

130.000-dən çox insan köçürülmüş, 76 məktəb və uşaq bağçası zədələnmiş, bir doğum evi isə raket atəşinə tutulmuşdur. Saysız-hesabsız uşaq mülki sahələrdə gündəlik raket və mərmi atəşinin yaratdığı psixoloji təsirdən əziyyət çəkməkdədir.

Uşaqlar üçün, bu, dörd həftədir davam edən döyüşlərin və riayət edilməyən üç atəşkəsin dəhşətli nəticəsidir. Bundan sonra uşaqların həyatlarını itirməməsi üçün, UNICEF, bir daha hərbi əməliyyatların dərhal və tam dayandırılmasına çağırır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam