Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi ilə Qarabağ problemini müzakirə edib

 

Türkiyə Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi, səfir Robert O’Brayın arasında telefon danışığı olub.

Yenixeber.org: Yerli büromuzun xəbərinə görə, telefon söhbətində Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla Suriya və regional məsələlər, təhlükəsizlik üzrə əməkdaşlıq, ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparılıb. 

Söhbət əsnasında Qarabağ probleminin diplomatik yolla həllinin araşdırılmasının əhəmiyyəti, Ermənistan tərəfinin atəşkəsi pozması və mülki əhalini hədəf alan hücumlarının beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. 

Davamlı və qalıcı sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərindən tamamilə çəkilməsi bir daha bildirilib. 

Azərbaycanın ərazi  bütünlüyünün bərpası istiqamətində beynəlxalq təşkilatların - BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları çərçivəsində faktiki addımların atılmasının vacibliyi qeyd olunub.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam