Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Harvard məzunlarından -Gəncə terroruna etiraz

Harvard məzunlarından Gəncə terroruna etiraz
Harvard Kennedy Məktəbinin azərbaycanlı məzunları Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Amerika səfirliyinə müraciət ediblər.
Yenixeber.org: Məzunlar öz fakültələrinə və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerə məktub ünvanlayaraq Ermənistanın dinc əhalini qəsdən hədəfə alması, döyüş əməliyyatlarının aparılmadığı böyük şəhərlərə raket hücumları ilə bağlı ABŞ-ın mövqeyini ifadə etməsini xahiş ediblər.

“Döyüş meydanında bir sıra məğlubiyyətlərlə üzləşən Ermənistan terrora əl ataraq cəbhədən çox uzaq məsafədə yerləşən Azərbaycan şəhərlərinə, o cümlədən ölkənin ikinci böyük şəhəri Gəncə və Cənubi Qafqazın ən böyük su anbarının yerləşdiyi Mingəçevirə davamlı raket hücumları etdi. Nəticədə, onlarla mülki vətəndaşımız həyatını itirdi və ağır yaralandı, tibb və təhsil müəssisələri də daxil olmaqla mülki infrastruktur ya məhv edildi, ya da ciddi ziyan gördü.

Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycan daxilində çaxnaşma yaratmağa, müharibəyə üçüncü tərəfi cəlb etməklə münaqişə coğrafiyasını genişləndirməyə çalışır.

Harvardda oxuduğumuz müddətdə bizə qanunun üstünlüyü, ədalət və beynəlxalq hüququn aliliyinə riayət etmək öyrədildi. Harvard Kennedy Məktəbinin məzunları tərəfindən ölkənizin müvafiq orqanlarına ünvanlanan aşağıdakı çağırışın göndərilməsində bizə köməklik göstərməyinizi xahiş edirik. Əminik ki, ABŞ-ın ifadə etdiyi haqlı mövqe bölgəyə yenidən sülh və firavanlıq gətirərərək münaqişənin ən qısa müddətdə həllinə yol açacaqdır” – deyə məktubda qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam