Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aprel döyüşlərinin erməni iştirakçısı -ayaqsız qaldı

Dağlıq Qarabağda gedən döyüşlərdə ağır itkilər verən Ermənistan tərəfi hər ötən gün ölü və yaralı sayını etiraf etməyə başlayıb.
Yenixeber.org: Ermənistan xəbər saytlarından biri ağır yaralı olan hərbçi barədə məqalə hazırlayıb. Diqqət çəkən məqam isə odur ki, bir ayağını itirən Norayr Zaxaryan adlı erməni hərbçisi Aprel döyüşlərinin də iştirakçısı olub.

2016-cı ildə salamat qalmağı bacaran Zaxaryan bu dəfə ordumuzun hədəfindən yayına bilməyib. “İki gün əvvəl döyüşlərdə həyatımı qurtaran əsgər yoldaşım mənimlə bərabər yaralandı. Orduya könüllü yazılmış digər dostum isə öldü”- deyə o bildirib.

Qeyd edək ki, Ermənistan rəsmiləri ordumuzun məhv etdiyi erməni əsgərləri haqqında dəqiq məlumatlar verməsə də, yerli mətbuat və sosial şəbəkələr hər gün bu kimi paylaşımlarla itkilərin daha çox olduğunu üzə çıxarır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam