Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Türkiyədən Azərbaycana gələn həkimlərlə bağlı-AÇIQLAMA

 

 Türkiyə Respublikasında fəaliyyət göstərən “Azərbaycanlı Həkimlər Dərnəyi”nin təşəbbüsü və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə çalışan və təhsil alan 50 nəfərə qədər Azərbaycanlı tibb mütəxəssisi ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə prosesində könüllü tibbi xidmət göstərmək məqsədilə ölkəmizə gəlib.

Yenixeber.org: TƏBİB-dən bildirilib ki, mütəxəssislər özləri ilə müxtəlif tibbi vasitələr gətirib və ləvazimatları TƏBİB-ə təhvil veriblər.

Oktyabrın 12-də TƏBİB İdarə Heyətinin sədri və məsul əməkdaşları həkimlərlə görüşüb, onları Vətəndə görməkdən məmnunluqlarını ifadə ediblər.

İdarə Heyətinin sədri Ramin Bayramlı çıxış edərək bildirib ki, bu gün Azərbaycan ordusunun qazandığı qələbələr ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilmədiyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu bir daha sübuta yetirib: "Bu tarixi qələbə yalnız ölkəmizin vətəndaşlarını deyil, dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizi səmimi qəlbdən sevindirir. Təsadüfi deyil ki, Türkiyədə yaşayan həkimlərimiz də öz bilik və bacarıqları ilə Vətən müharibəsində yaralanan əsgərlərimizin sağlamlıqlarına qovuşmaları üçün əzmlə çalışacaqlar.

Azərbaycanda tibbi personalın kifayət qədər olmasına baxmayaraq, Sizin bu gün Vətəndə olmaq istəyiniz bizi qürurlandırdı və bu nəcib təşəbbüsə görə hər birinizə dərin minnətdarlığımızı bildiririk”.

Sonda Türkiyədə çalışan azərbaycanlı həkimlər bu mübarizədə əsgərlərimizin sağlamlıqlarını qorumağın onların mənəvi borcu olduqlarını bildiriblər, yaradılan şəraitə görə Heydər Əliyev Fonduna təşəkkür ediblər.

Məlumat üçün bildiririk ki, tibbi mütəxəssislər TƏBİB-in tabeliyində olan müəssisələrdə xidmət göstərəcəklər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam