Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu gün İrandan Ermənistana gedən təyyarə nə aparıb? –FOTOFAKT


Bu gün (08.10.2020) yerli vaxtla saat 09:54 radələrində İranın Kirmanşah şəhərindən havaya qalxan “BOEING 757-223SF” markalı yük təyyarəsi saat 11:18 radələrində Ermənistanın paytaxtı İrəvanda yerləşən “Zvartnos” hava limanına enib.
Yenixeber.org: “BOEING 757-223SF” markalı təyyarə İraqın “Al-Haya Aviation” şirkətinə məxsusdur.

“Al-Haya Aviation” şirkətinin rəsmi veb səhifəsində qeyd olunur ki, yükdaşıma üçün lisenziyanı 2019-cu ildə alıblar. Açıqlanan məlumatlardan belə görünür ki, aviaşirkət əsasən kürdlərin yaşadığı bölgələrə yükdaşımalar həyata keçirir. Şirkətin rəsmi səhifəsində qeyd olunur ki, onlar əsasən nəqliyyat vasitələri və təhlükəli maddələrin daşınmasını həyata keçirirlər.  
Maraqlı məqamlardan biri də odur ki, bu gün İravana səfər edən “BOEING 757-223SF” markalı yük təyyarəsi İranda kürdlərin və ermənilərin yaşadığı Kirmanşah şəhərindən havaya qalxıb.
Onu da bildirək ki, bir qədər əvvəl Türkiyənin aparıcı media orqanlarında PKK terror təşkilatının İranın Kirmanşah şəhəri üzərindən Ermənistana terrorçular göndərdiyi barədə məlumatlar yayılıb. Məlumatlarda bildirilirdi ki, PKK terrorçuları İrqaın Süleymaniyə şəhərindən kiçik qruplar halında İranın Kirmanşah şəhərinə gətirilir və buradan da Ermənistana göndərilir.
Qeyd edək ki, Kirmanşah şəhəri İranda PKK-nın ən aktif olduğu şəhərlərdən biridir. Eyni zamanda İrandakı ən böyük erməni kilsələrindən biri məhz Kirmanşah şəhərində yerləşir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam