Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Hər şeydən xəbərim var, narahat olmayın" -Kəlbəcər girovu

"Hər şeydən xəbərim var, narahat olmayın" -  Kəlbəcər girovu
Kəlbəcər girovu Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

Yenixeber.org: Bu barədə açıqlamasında girovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, sentyabr ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya üzrə əməkdaşları atasına baş çəkiblər. Onu ərzaqla təmin ediblər və yazdığı məktubu ailəsinə gətiriblər.
“Həmin məktubda atam müəmmalı məqamlara toxunub. Bildirib ki, hər şeydən xəbəri var, ona görə narahat olmayaq: "Bakı, Yeravan, Rusiya, Goranboy xəbərlərinə qulaq asıram. Hər şeydən xəbərim var. Mənə görə narahat olmayın. Altda qalanın canı çıxsın" ”.

K. Əsgərov Azərbaycan əsgərlərinin tezliklə atasını azad edəcəyinə inandığını deyib.

“Yaxın zamanlarda şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Kəlbəcərə bayrağımızı sancacağı günü gözləyirəm. Ordumuz tarix yazır. Gözəl qələbəmiz münasibəti ilə Ali Baş Komandanı, ordumuzu, xalqımızı təbrik edirəm. Atamın azad ediləcəyi günü gözləyirəm. Əminəm ki, əsgərlərimiz, zabitlərimiz atamın qapısını açacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam