Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yerevan yeni silah tədarükü üçün Moskvaya üz tutacaq-Erməni səfir dedi

 

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Yerevanın lazım gələrsə, Rusiyadan yeni silah tədarükü üçün Moskvaya üz tutmağa hazır olduğunu deyib.

Yenixeber.org: “RİA Novosti”yə verdiyi açıqlamada o, hələlik bunu etmədiklərini bildirib.

O xatırladıb ki, ölkəsinin Baş naziri Nikol Paşinyan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə, Xarici İşlər naziri Zohrab Mnatsakanyan isə Sergey Lavrovla “onlara vəziyyət barədə məlumat vermək, Ermənistan hökumətinin baxışı və atdığı addımlar, ordunun planları barədə” telefon danışığı aparıblar.

Toqanyan Yerevan və Moskvanın müvafiq öhdəliklərə görə müttəfiq olduqlarını vurğulayıb: “Bizim hərbi-texniki əməkdaşlığımız inkişaf edir, silah tədarükü ilə bağlı razılaşmaların icrası normal davam edir. Təbii ki, ehtiyac olarsa, ilk növbədə Rusiyaya müraciət edib məsələləri həll edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam