Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezident və birinci xanım -Balaxanıda - YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

Yenixeber.org: Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Balaxanı qəsəbəsində aparılan abadlıq işləri barədə məlumat verildi.

Bildirildi ki, burada görülən işlər qəsəbəsinin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub.

Diqqətə çatdırıldı ki, Balaxanıdakı Şah Səfi karvansarayı 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.

Qeyd edək ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya qəsəbədəki Hacı Şəhla Məscidi və Şakir ağa türbəsinin bərpası barədə də məlumat verildi. bildirildi ki, Hacı Şəhla Məscidi XIV əsr memarlıq abidəsidir. Şakir ağa türbəsi Balaxanı abidələrinin ən qiymətlilərindən hesab olunur.

Qəsəbədəki Ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.

Balaxanın “Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam da qəsəbənin tarixi tikililələrindən hesab olunur. Onun inşası XIV əsrə təsadüf edir.

Məlumat verildi ki, Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib.

Dövlətimizin başçısı və birinci xanım əncir dərdilər, göyərçinlərə tamaşa etdilər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı sakinləri ilə görüşdülər.

Dövlətimizin başçısı Balaxanı kəndinin yeni dövrünün başladığını bildirdi, bu cür layihələrin digər qəsəbələrdə də icra olunacağını dedi.

Qəsəbə sakinləri göstərilən diqqətə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlıqlarını bildirdilər.


Prezident və birinci xanım Balaxanıda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.
Yenixeber.org: Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam