Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbi vəzifəli şəxslər niyə orduya çağırıldı? –AÇIQLAMA


Ehtiyatda olan hərbi vəzifəli şəxslərin planlı şəkildə hərbi təlimə çağırılmaları müharibə hazırlığı deyil. Təlimlər ilk dəfə deyil keçirilir. Digər tərəfdən, bu təlimlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən reallaşdırılır.

Yenixeber.org: Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər bir çox ehtiyatda olan hərbi vəzifəli şəxsin planlı şəkildə hərbi təlimə çağırılması haqda danışarkən deyib.

Ş.Ramaldanov bildirib ki, təlimlər müəyyən proqram əsasında həyata keçirilir:

"Təlim proqramı öncədən hazırlanır və təlim rəhbərlərinə təqdim edilir. Bilirsiniz, bu və bu kimi təlimlər hələ SSRİ zamanından keçirilir. Biz bunlara adətən toplantı deyirdik.

Hazırki təlimlərin nə qədər davam edəcəyi haqda məlumatım yoxdur. Adətən bu kimi təlimlər bir ay müddətində davam edir. Çünki təlim proqramı bir yox, bir neçə istiqamətdə aparılır. Təlim əvvəl ixtisaslar üzrə, daha sonra isə ümumi formada keçirilir.

Eyni zamanda şəxslərin çağırılma dövrü, yerləşdirilməsi, yoxlanışı müəyyən vaxt tələb edir. Daha sonra şəxslər yoxlanışdan keçir, proqram üzrə məşqlər başlayır. Buna görə də bu toplantını müharibə hazırlığı kimi qiymətləndirməyə ehtiyac yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam