Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Əli Həsənov -Türkiyəni tərk edib

Əli Həsənov Türkiyəni tərk edib

Bir neçə gün öncə sosial mediada Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntüləndiyi bildirilmişdi.

Yenixeber.org: "Dominant.az"-ın Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, Əli Həsənov Əbu-Dabidə yerləşən “Klivlend” xəstəxanasında müalicə olunur.

Mənbənin bildirdiyinə görə, Əli Həsənov müalicə olunsa da, qeyri-müəyyən səbəblərdən xəstəxanada yatmır. Müalicə prosesini aldıqdan sonra xəstəxanadan çıxır, qeyri-müəyyən yerdə gecələyir.

Səhhətinin kritik olduğu deyilən Əli Həsənovun müalicə prosesinin necə nəticələnəcəyi isə məlum deyil.

Qeyd edək ki, bir neçə il öncə açıq ürək əməliyyatı keçirən Əli Həsənovun ürəyində yenidən problemlər yaranıb. Özü mediaya açıqlamasında bildirib ki, həm ürəyində, həm də boyun damarlarında ciddi problem aşkarlanıb.

Xatırladaq ki, Ə.Həsənovun bir neçə gün öncə Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W oteldə səhər yeməyi zamanı görüntüləndiyi qeyd edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam