Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda -övladını məktəbə göndərməkdən imtina edənlərin sayı açıqlanıb

Azərbaycanda övladını məktəbə göndərməkdən imtina edənlərin sayı açıqlanıb

Azərbaycanda ibtidai təhsil səviyyəsində təhsil alanların 1,26 faizinin valideyni iltizam formasını imzalayaraq uşağını məktətəbə göndərməkdən imtina edib.

Yenixeber.org: Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əyani və məsafədən təhsildə şagirdlərin davamiyyətinə gündəlik nəzarət olunur, azalma müşahidə edilmir:

“Yerli təhsili idarəetmə orqanlarından aldığımız məlumata əsasən, ibtidai təhsil səviyyəsində təhsil alanların 1,26 faizinin valideyni iltizam formasını imzalayıb”.

Xatırladaq ki, bir neçə gün öncə məktəblərə göndərilən metodiki göstərişlərdə valideynlərin pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyətlə bağlı məktəb rəhbərliyinə məlumat verməsi haqqında iltizam imzalayacağı əksini tapıb.

Həmçinin metodiki göstərişdə valideynin pandemiya dövründə övladının ümumi təhsil müəssisəsinə gəlməsini onun səhhəti üçün təhlükəli hesab etdiyi halda, onun teledərslərə baxmasını, virtual dərslərdə iştirakını, müəllimləri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməsini və eləcə də müstəqil öyrənməsini təmin edəcəyi barədə yazılı öhdəlik götürməsi də qeyd olunub.

Nazirlər Kabinetinin qərarı ilə ümumi təhsil müəssisələrində ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagirdlər sentyabrın 15-dən məktəbə gedir.

Habelə, xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli  təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində 2020-ci il  sentyabrın 15-dən dərslər başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam