Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib

 

 ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın “Advanced Persistent Threat 39” (APT 39) kiber hücum qrupuna, “Rana İntelligence Computing Company” adlı qurama şirkətinə və onun 45 nəfər əməkdaşına sanksiya tətbiq edib.

Yenixeber.org: OFAC-ın verdiyi açıqlamada “Rana” şirkəti uzun illərdir İran hökuməti tərəfindən iranlı disidentlərə və jurnalistlərə, həmçinin əcnəbi turizm şirkətlərinə, habelə xarici ölkələrin hökumətlərinə qarşı təzyiq vasitəsi olaraq istifadə edilir.

Şirkət 30-dan artıq ölkədə bir çox şirkəti və fərdi şəxsi hədəfə götürüb. Bu barədə OFAC ilə Federal Təhqiqatlar Bürosunun (FBİ) birgə apardığı araşdırmalar zamanı məlumatlar əldə edilib.

“APT 39” şirkəti isə İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (“Ettelaat”) nəzarətində olub ölkənin özəl şirkətlərini və elmi mərkəzlərini, o cümlədən yerli və beynəlxalq fars dili və mədəniyyəti mərkəzlərini təqib edib.

Bununla yanaşı, OFAC terrorçu təşkilatlar siyahısında olan “Hizbullah” hərəkatı ilə bağlı olduqlarına görə Livanda yerləşən “Arch Consulting” və “Meamar Construction” şirkətlərinə, habelə “Hizbullah”ın İcraçı Şurasının üzvü Sultan Xəliffəh Əsədə qarşı da müvafiq sanksiyalar tətbiq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam