Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xələf Xələfov Zöhrab Mnatsakanyanın cavabını verdi

 Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yenixeber.org: Xələf Xələfov  “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Zöhrab Mnatsakanyanın Misirdəki bəyanatının təxribat xarakterli olduğunu deyib.

Nazir müavini bildirib ki, Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir:

“Erməni nazirin Misirdəki çıxışı da növbəti təxribat xarakterli addımdır”.

"Biz heç zaman Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu, Ermənistanın xülyasıdır və yaxın zamanlarda iflasa uğrayacaq. Azərbaycan daim inkişaf edir və Ordumuz güclənir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daim inkişaf edir və güclənir. Ümid edirəm ki, Azərbaycan yaxın vaxtlarda işğal altındakı ərazilərini işğaldan azad edəcək”, - X.Xələfov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam