Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

ABŞ-ın Çindəki səfiri istefa verir -Qarşıdurmanın yeni mərhələsi başlayır

ABŞ-ın Çindəki səfiri dünyanın iki ən böyük iqtisadiyyatı arasında getdikcə artan ticarət müharibəsi və münasibətlərin pisləşdiyi bir vaxt üçillik müddətinə son verərək, gələn ayın əvvəlində istefa verəcək.

Yenixeber.org: Səfirliyin bazar ertəsi verdiyi şərhdə 2017-ci ildə prezident Donald Tramp tərəfindən təyin olunmuş Terri Branstad qərarını keçən həftə Trampla telefon danışığından sonra təsdiqlədiyini bildirilib. Səfirlik istefanın səbəbini bildirməyib.

"Birinci mərhələ əldə etdiyimiz ticarət razılaşmaları və vətənlərimizdəki icmalar üçün əldə etdiyimiz nəticələri gətirişik" - deyə, Branstaddan səfirlik işçilərinin bazar ertəsi keçirdiyi yığıncaqda sitat gətirilib.

Branstadın istefası ilə bağlı məlumatlar dövlət katibi Mayk Pompeonun "Twitter" səhifəsində xidmətinə görə ona təşəkkür etdiyi gün yayılmışdı.

"Səfir Branstad ABŞ-Çin münasibətlərinin balanslaşdırılmasına, qarşılıqlı və ədalətli olmasına öz töhfəsini verib" - deyə, Pompeo tvitter səhifəsində yazıb.

Çinin Xarici İşlər Nazirliyi səfirliyin açıqlamasından əvvəl Pompeonun tvitindən xəbərdar olduğunu, lakin Branstadın istefası barədə heç bir məlumat almadığını bildirib.

Bu yaxınlarda Branstardın yazdığı bir məqaləni Çinin rəsmi "Xalqın Gündəlik Qəzeti"nin dərc edilməsini rədd etməsi daha bir mübahisəyə səbəb olub.

Pompeo keçən həftə twitter səhifəsində Çinin ABŞ-dakı səfiri "ABŞ-ın istənilən media orqanında istədiyi məqaləni dərc etməkdə sərbəst ikən Çinin hakim Kommunist Partiyası Branstadın məqaləsini dərc etməkdən imtina edib" yazıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician Branstad boşluqlarla dolu məqaləsinin faktlara zidd olduğunu, onun Çinə hücum etdiyini və onu ləkələməyə çalışdığını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam