Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bərdədə -körpə ölümü ilə bağlı cinayət işi açıldı

Bərdədə körpə ölümü ilə bağlı cinayət işi açıldı
Sentyabrın 11-də saat 09 radələrində Bərdə rayonu, Gərənə kənd sakini Gülnar Namazovanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yenixeber.org: Bərdə rayon prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla 2001-ci il təvəllüdlü Gülnar Namazovanın sentyabrın 8-də saat 13 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün doğuş prosesi aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq 11 sentyabr 2020-ci il tarixdə həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam