Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİM sədri: -"Bu il II ixtisas qrupunda keçid balı bir az aşağı olacaq"

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi zamanı sıralama məsələsinə aydınlıq gətirib.

Yenixeber.org: Məleykə Abbaszadə deyib ki, ixtisasların sıralanması zamanı abituriyentin birinci yazdığı yeri ondan daha yüksək bal toplayan seçirsə, bu zaman həmin abituriyent ikinci yerdə yazılan ixtisasın müsabiqəsində iştirak edir:

“Ancaq abituriyentin birinci yazdığı ixtisasda ondan yüksək bal toplayıb həmin ixtisası seçən olmayıbsa, bu zaman o, həmin ixtisasa qəbul ola bilər. Abituriyentin qəbul olduğu ixtisasdan sonra yazdığı ixtisasların isə artıq əhəmiyyəti yoxdur. Ona görə deyirəm ki, abituriyent hansı ali məktəbdə hansı ixtisası seçmək istədiyini əvvəlcədən bilməlidir. Bu zaman həmin ixtisasın abituriyentin topladığı bala uyğun olub-olmadığı “Abituriyent” jurnalı ilə yoxlanmalıdır. Bu il II ixtisas qrupunda ötən illə müqayisədə müsabiqə vəziyyəti bir az aşağı olacaq, gözləyirik ki, keçid balı da ötən illə müqayisədə bir az aşağı olsun. Ona görə də hər bir ixtisası seçəndə keçənilki balla müqayisə etmək lazımdır. Məsələn, keçən il 450 bal olan ixtisas varsa, abituriyent 400 bal toplayıbsa, o yeri yaza bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam