Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Metro nə vaxt fəaliyyətə başlayacaq? –Açıqlama

““Bakı Metropoliteni”nin fəaliyyətinin bərpa olunması ilə bağlı daim müzakirələr aparılır və nə vaxt qərar olarsa, biz icra etməyə hazırıq”.

Yenixeber.org: Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, gündəlik olaraq, adi iş rejiminə hazırlaşırlar:

“Bizdə işlə bağlı normativlər var. Sahələrdə xidmət göstərən əməkdaşlarımız karantin qaydalarının tələblərinə əməl etməklə işə çıxırlar. Maşinistlər, stansiyada xidmət göstərən əməkdaşların hazırlığı da mütəmadi olaraq yoxlanılır. Tərəfimizdən işlə bağlı hansısa problem yoxdur”.

O, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun qurumun fəaliyyətinin bərpa olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmədiyini də deyib:

“Hazırda metronun bağlanması epidemioloji vəziyyətlə bağlıdır deyə, sırf peşəkar, ixtisaslaşmış yanaşma tələb edir. Bizim vəzifəmiz sərnişindaşımadır. Ona görə də qərar nə olacaqsa, biz də onu icra edəcəyik. Amma metropolitenin açılması birmənalı olaraq, daim müzakirə edilir. İndiki halda metronun fəaliyyətinin bərpa olunması ilə bağlı bizə konkret göstəriş verilməyib. Yəni metronun köhnə qayda ilə açılması, yaxud metodiki göstəriş şəklində hansısa qərar yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə sentyabrın 13-dən etibarən “Bakı Metropoliteni” QSC-nin fəaliyyətini bərpa edəcəyilə bağlı məlumatlar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam