Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Metro fəaliyyətini sentyabrın 15-dən əvvəl də bərpa edə bilər –RƏSMİ

Bakı metropoliteninin fəaliyyətini bərpa etməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərardan asılıdır.

Yenixeber.org: Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə,Qərargahın qəbul etdiyi qərara görə, Bakı metropoliteninin stansiyaları fəaliyyətini sentyabrın 15-dək dayandırıb: “Stansiyaların sərnişin qəbul edəcəyi gün Qərargahın qərarından asılıdır. Stansiyalar sentyabrın 15-i də açıla bilər, hətta həmin vaxtdan əvvəl də. Bu isə ölkədəki epidemiologi vəziyyətdən asılıdır. Əgər vəziyyət tam normallaşarsa, stnasiyalar fəaliyyətini sentyabrın 15-dən əvvəl də açıla bilər. Hələ ki, bu barədə bizə heç bir göstəriş verilməyib. Amma buna baxmayaraq metro stansiyaları fəaliyyətini bərpa etməyə hazırlıqlı vəziyyətdədir”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin müddəti 30 sentyabra qədər uzadılsa da, metro stansiyalarının fəaliyyəti sentyabrın 15-i səhər saat 06:00-a kimi dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam