Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tramp -ABŞ iqtisadiyyatını Çindən asılılıqdan qurtarmağa söz verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, prezident vəzifəsinə yenidən seçiləcəyi təqdirdə Birləşmiş Ştatların iqtisadiyyatını Çindən "ayıracaq" və Amerika biznesinin həmin ölkədən asılılığına son qoyacaq.

Yenixeber.org: Bu barədə “İnterfaks” xəbər verir.

"Biz Amerikanı super istehsal dövlətinə çevirəcəyik və Çindən asılılığımızı birdəfəlik qurtaracağıq”, - deyə ABŞ rəhbəri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Birləşmiş Ştatlar Çinə güvənə bilməz.

"Biz iş yerlərini Çindən Birləşmiş Ştatlara qaytaracağıq və Amerikanı tərk etmək istəyən şirkətlər üçün tariflər tətbiq edəcəyik", - prezident əlavə edib.

Trampın sözlərinə görə, ABŞ Çinlə iqtisadi əməkdaşlıqda "milyardlarla dollar itirir". “Əgər biz onlarla bizneslə məşğul olmasaydıq, milyardları itirməzdik", - dövlət başısı deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam