Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

HULUSİ AKAR F-16 İLƏ EGEYİN ŞIMALINDA UÇDU -VİDEO

 

 Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün sentyabrın 3-də Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı ilə Egey dənizinin şimalında uçub və Yunanıstana, onu dəstəkləyənlərə sərt mesajlar verib. 

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, Hərbi Hava Qüvvələrinin yeni təlim-uçuş ilinin başlanması münasibəti ilə aviabazalardan birinə gedən Hulusi Akar Yunanıstana dəstək üçün Şərqi Aralıq dənizinə öz təyyarədaşıyan gəmisini göndərən Fransaya Atatürkün məşhur sözləri ilə mesaj verib: “Gəldikləri kimi gedəcəklər”.

Müdafiə naziri F-16 qırıcısının köməkçi pilot kreslosuna keçərək Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün də müşaiyət etdiyi kvartetin tərkibində havaya qalxıb. Müdafiə nazirinin də olduğu türk qırıcıları Egey dənizinin şimalında uçuş həyata keçirdikdən sonra bazaya geri qayıdıblar.

 

 

Hulusi Akar orada hərbi personala xitabən son günlər Şərqi Aralıq dənizi, Egey dənizi və Kipr sahilərində baş verənlərlə bağlı danışıb. Xatırladaq ki, Türkiyənin Şərqi Aralıq dənizində və Şimali Kipr sahillərində -özünün müstəsna iqtisadi fəaliyyət zonası hesab etdiyi bölgələrdə neft-qaz kəşfiyyatı aparır. Yunanıstan və ona dəstək verən bəzi Avropa ölkələri isə Türkiyəyə mane olmağa çalışırlar.

Müdafiə naziri deyib ki, Türkiyə bütün qonşularının siyasi suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Amma heç bir halda öz haqlarından zərrə qədər də imtina etməyəcək, qanuni hüquqlarının pozulmasına göz yummayacaq.

“Minlərlə kilometr aralıdan gəlib bu bölgədə qabadayılıq etməyə, haqq iddiası irəli sürməyə, qoruyucu mələk rolunu oynamağa iddia edənlər var. Bunları qəbul etməyimiz mümkün deyil. Bunlar gələr və gədikləri kimi də gedərlər”,-Akar bəyan edib.

 

 

Türkiyənin müdafiə naziri deyib ki, Yunanıstan Lozanna anlaşmasına zidd olaraq 16 adayı silahlandırıb. Amma bundan sonra Türkiyə belə hallara dözməyəcək. Hərçənd o, bütün gərginliyə baxmayaraq Türkiyənin qonşusu ilə məsələləri dialoq yolu ilə həll etməyə tərəfdar olduğunu deyib.

“Yunanıstan və Türkiyə; amma burada anlaşılması çətin olan qabadayılar var. Məsələn, Fransa. Bölgədə qarant ölkə statusun yox, Avropa Birlyi təmsilçisi də deyilsən, o zaman nə haqla bura gəlirsən?”,-o deyib.

Qeyd edə ki, Şərqi Aralıq dənizində Türkiyə lə Yunanıstan arasında gərginliyin davam etdiyi bir vaxtda Fransa bir çox döyüş təyyarələri və sualtı qayıqları ilə birlikdə “Şarl de Qoll” təyyarədaşıyan gəmisini də bölgəyə göndərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam