Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ombudsmanın nümayəndələri -təcridxanada nöqsanlar aşkarladı

Ombudsman nedir? Ombudsman nasıl olunur, görevleri nelerdir?

İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında keçirilib.

Yenixeber.org: Bu barədə Ombudsman Aparatından məlumat verilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin beynəlxalq standartlara və daxili intizam Qaydalarına uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin yataqxana korpusuna və kameralara, cərimə təcridxanasına, yeməkxanaya, mətbəxə, ərzaq anbarına, istintaq və vəkil otaqlarına, digər obyektlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, yemək-qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

 Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti və müraciətləri araşdırılıb. Qəbul olunanlar daha çox kameralardakı şərait və sıxlıqdan, yataq dəstlərinin yararsız olmasından, bəziləri isə tibbi yardım və barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Eyni zamanda, müəssisənin və tibbi-sanitar hissənin müvafiq qeydiyyat jurnallarında, vəkil və telefon danışığı otağında nöqsanlar, habelə istintaq təcridxanasında qanunvericiliyə uyğun olaraq psixoloji yardım kabinetinin olmaması müəyyən edilib.

Başçəkmə çərçivəsində qaldırılan məsələlər yerində araşdırılıb, istintaqla bağlı məsələlər üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb, müraciətlərin göndərilməsi və sənədləşmə ilə əlaqədar müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam