Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sentyabrda temperatur -normadan yüksək olacaq

 
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-3 dərəcə yüksək olacağı gözlənilir.
Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətin verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacaq. Avqustun birinci ongünlüyünün birinci yarısında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25 (gecələr 15-20, gündüzlər 25-30, bəzi günlərdə 35-38) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-13 mm) olacaq.

Yuxarı Qarabağ:
Xankəndi, ŞuşaXocalıXocavəndQubadlı, ZəngilanLaçınKəlbəcərDaşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 13-18 (gecələr 9-14, gündüzlər 14-19, bəzi günlərdə 23-27) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, GoranboyTərtərAğdamFüzuliCəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 33-36) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-44 mm) olacaq.

BalakənZaqatalaQaxŞəkiOğuzQəbələİsmayıllıAğsuŞamaxıSiyəzənŞabranXızıQubaXaçmazQusar rayonlarında orta aylıq temperaturun 19-23 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, YevlaxGöyçayAğdaşKürdəmirİmişliAğcabədiBeyləqanSabirabadBiləsuvarSaatlı, Şirvan, HacıqabulSalyanNeftçala rayonlarında orta aylıq temperaturun 23-25 (gecələr 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-38 mm) olacaq.

MasallıYardımlıLerikLənkəranAstara rayonlarında orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-34) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm) olacağı gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam