Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müəllimin qətli ilə bağlı -rəsmi açıqlama

Müəllimin qətli ilə bağlı rəsmi açıqlama

Avqustun 28-da saat 21 radələrində 1953-cü il təvəllüdlü Yusif Dəmirovun Gəncə şəhərində kirayədə yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələri yetirilərək öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Yenixeber.org: Gəncə Şəhər Prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam