Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

YAP-ın növbəti tədbiri keçirildi...NƏRİMANOVDA

YAP-ın növbəti tədbiri keçirildi...

 

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə növbəti tədbir keçirildi

 

Yenixeber.org: 03 noyabr 2017-ci il tarixdə Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Qadınlar Şurasının təşkilatçılığı ilə YAP üzvü bir qrup fəal qadınlarla görüş keçirilmişdir. Tədbirdə Millət vəkilləri Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Jalə Əliyeva, Sevinc Hüseynova, Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, YAP-ın rayon təşkilatlarının Qadınlar Şuralarının sədrləri, Nərimanov rayonunun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar iştirak etmişlər. İclası giriş sözü ilə açan YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirdi ki, Yeni Azərbaycan Partiyasının ölkənin avanqard qüvvəsinə çevrilməsində təşkilatdakı xanımların rolu böyükdür. Böyük inkişaf yolu keçən Partiya beynəlxalq aləmdə də aparıcı siyasi təşkilat statusunu qazanıb.

     YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında qadınların rolundan bəhs etdi. T. Tağıyev vurğuladı ki, bugün ölkəmizdə bütün sahələrdə uğurlu qadın siyasəti həyata keçirilir.

      Tədbirdə çıxış edən millət vəkilləri Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Sevinc Hüseynova, Nəsimi rayon           Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva Bildirdilər ki, qadınlar ölkədə hər bir sahədə təmsil olunurlar və öz fəaliyyətləri ilə fərqlənirlər. Bu işdə Yeni Azərbaycan Partiyası qadınlara çox böyük dəstək olur. Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti isə Azərbaycan qadınları üçün bir nümunədir. Onun hümanist və mədəni layihələri dövlətlər tərəfindən dəstəklənir. Nüfuzu və işgüzarlığı sayəsində ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Yeni Azərbaycan Partiyasının Bakı şəhərində ilk təsis olunmuş təşkilatın məhz Nərimanov rayon təşkilatı olması isə tədbir iştirakçıları tərəfindən böyük qürurla xatırlandı. Həm seçkilərdə, həm də müxtəlif sosial-ictimai əhəmiyyətli tədbirlərdə qadınların fəallıq nümayiş etdirdikləri vurğulandı. Tədbirdə qadınlara Yeni Azərbaycan Partiyasının emblemi həkk olunmuş yaylıq hədiyyə edildi.

      Bununla da tədbir öz işini başa vurdu.

 

YAP-ın növbəti tədbiri keçirildi...
YAP-ın növbəti tədbiri keçirildi...
YAP-ın növbəti tədbiri keçirildi...
YAP-ın növbəti tədbiri keçirildi...
YAP-ın növbəti tədbiri keçirildi...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam