İranda-koronavirus daha 117 nəfərin ölümünə səbəb oldu

Son 24 saat ərzində İranda daha 2 190 nəfərin virusa yoluxduğu aşkar edilib, 117 nəfər həyatını itirib.
Yenixeber.org: Məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.
Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 367 min 796 nəfərə, ölənlərin sayı isə 21 min 137-yə çatıb.
İndiyədək müalicə alan 316 min 638 nəfər sağalıb.
Hazırda 3 822 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.









AZ
RU