Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bakıda -toy edənlər həbs olundu

Bakıda toy edənlər həbs olundu
Paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən “Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən nəzarətə alınıb.
Yenixeber.org: Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində şirkətin satış menecerinin övladının bir qrup şəxsin iştirakı ilə toy şənliyinin keçirildiyi aşkar olunub. Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyən edilib və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4 000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.

Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.

Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam