Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncə və Sumqayıtda da -seroloji testlər aparılacaq

Gəncə və Sumqayıtda da seroloji testlər aparılacaq
"İndiyədək kifayət qədər vətəndaş seroloji testdən keçmək üçün razılıq verib. Ümid edirik ki, proses uğurla davam edəcək".

Yenixeber.org: Bunu tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova seroloji testlərin əhəmiyyətindən danışarkən deyib.
O qeyd edib ki, seroloji testlərin aparılmasında məqsəd vətəndaşların COVID-19 xəstəliyini keçirib-keçirmədiyi öyrənmək və immunitetin formalaşması haqqında məlumat almaqdır.

"Testlər təsadüfi əhali qrupu arasında icra olunacaq. Onlara Çağrı Mərkəzindən zəng ediləcək, əgər razılıq olarsa, könüllülük prinsipinə uyğun olaraq həmin insanlardan qeydiyyatda olduqları poliklinikada analiz götürüləcək. Artıq paytaxtda analizlərin edilməsinə başlanılıb, daha sonra Gəncə və Sumqayıtda planlaşdırılır. Sevindirici haldır ki, 4 gün ərzində kifayət qədər vətəndaşımız bu analizə qoşulmaq üçün razılığını verib. Ümid ediirk ki, belə də davam edəcək. Onu da vurğulayım ki, testdən keçməyə razı olanlara ikinci, tam ümumi analiz də təklif olunur. Heç bir ödəniş tələb olunmur, bütün xərcləri dövlət qarşılayır. Seroloji testlər güvənli nəticələr verir və şübhə olmasına ehtiyac yoxdur".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam