Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

BDU-nun rektoru Elçin Babayev haqqında ilginc iddia

 

 

                                                                                                                                              (İxtisarla)

 Yenixeber.org: İslahatlar bütün dövrlərdə, həm də bütün ölkələrdə heç də rəvan getməyib. Yəni, insanlar, cəmiyyətlər, dövlətlər bir çox hallarda səhv edə-edə, lakin səhvləri təkrar etmədən irəliləyərək müəyyən olunmuş hədəflərə yetişiblər. Bu yolda uğurlarla yanaşı itkilər də, qurbanlar da olub. Həm də bütün bunlar daha çox məhz filosofların izah etdiyi kimi inkişaf prosesinin təbiətindən və mahiyyətindən irəli gələn bir hal kimi dəyərləndirilib.

 

                                                       ***

Təbiidir ki, kadrlar yerində olmayanda, problemlərdə arta-arta ciddi narazılıqlar həddinə çatır. Məsələn, Elçin Babayevin BDU-nun rektoru təyin olunduğu vaxtdan cəmi bir il ötüb. Amma Universitetdə söz-söhbətlərin, narazılıqların miqyası durmadan artmaqdadır. Yadınızdadırsa, elə ilk gündən bu təyinatla bağlı icitimai rəy müsbət olmamışdı. Səbəbi də odur ki, seçim düzgün olmayıb. Axı BDU ölkənin ən nüfuzlu ali təhsil ocağı olduğundan onun başında hər zaman ölkənin ən tanınmış alimləri – akademiklər, professorlar durub. Bəs, Elçin Babayev kimdir?! Sadəcə orta səviyyəli bir fəlsəfə doktoru. Uzun illərdir ki, akademiya sistemində işləyərək özünə doktorluq dissertasiyası belə yazmaq qabiliyyətində olmayan birisinin ölkənin ən sanballı elm adamlarının cəm olduğu belə bir elm və təhsil ocağına rəhbərlik etməyə nə gücü, nə də haqqı çatır. O, özündən həm yaşca, həm də başca çox-çox üstün olan insanlarla elm və təhsilin aktual problemləri barədə söhbət edə bilərmi?! Əlbəttə yox!

Görəsən, bir il öncə onun rektorluğa təqdimatına zamin duranlar bu amilləri niyə nəzərə almayıblar?! E.Babayevin Universitetə gətirə biləcəyi yeganə “yenilik” yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dönəmdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsulları ola bilərdi ki, onu da artıq tətbiq edib. Beləliklə, ötən illər ərzində Abel Məhərrəmovun bərbad günə salmış olduğu BDU Elçin Babayevin gəlişindən sonra daha bərbad vəziyyətə düşüb.

Korrupsiya və rüşvətxorluq bütün dövrlərdə və bütün ölkələrdə olub. Azərbaycan da bu cəhətdən istisna deyil. Amma ədalət naminə onu da etiraf etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dönəmdən başlayaraq, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı sözün əsil mənasında müharibə elan olunub. Cənab Prezident İlham Əliyev isə necə deyərlər korrupsiya və rüşvətxorluqla mübarizədə sinəsini qabağa verərək özü sahibkarlara, iş adamlarına, bütövlükdə ölkə vətəndaşlarına arxa-dayaq olduğunu təkrar-təkrar bəyan edib. Bu cür halların kökünün kəsilməsi üçün davamlı olaraq qətiyyətli tədbirlər görülüb. Bir sözlə, artıq Azərbaycanda bu qəbildən olan neqativ halların baş verməsi üçün demək olar ki, zəmin qalmayıb.

Baş verən tək-tək hallar isə dövlət tərəfindən sonadək qətiyyətlə ifşa olunmaqdadır.

İnanırıq ki, son vaxtlar dövlət orqanlarının birbaşa ölkə Prezidentinin tapşırığı və dəstəyi ilə bu istiqamətdə həyata keçirmiş olduğu qətiyyətli tədbirlər hər kəsə dərs olacaqdır. Öz fəaliyyətində dönüş yarada bilməyənlər əmin olsunlar ki, onların da qapısını tez-gec DTX əməkdaşları döyməli olacaqlar.

Qafar Cəbiyev,
əməkdar jurnalist, “Qızıl qələm” müakafatı laueatı, tarix elmləri doktoru, professor


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam