Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİM-dən şagird və abituriyentlərə müraciət:"Koronavirusla bağlı müxtəlif qərarlar qəbul olunub"

Dövlət İmtahan Mərkəzi (DİM) şagird və abituriyentlərə müraciət edib.

Yenixeber.org: DİM-dən verilən məlumata görə, şagird və abituriyentlər Mərkəzin nəşrlərini onlayn qaydada sifariş edib, ünvanlarında əldə edə bilər:

“Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

DİM imtahan və tədris prosesində yaranmış fasilə müddətində şagirdlərin dərslərdən kənar qalmaması üçün Mərkəzinin “Youtube” kanalı vasitəsilə “vizuallaşdırılmış dərs” və otk.az portalında onlayn sınaq imtahanı xidmətlərini təqdim edib. Hər iki xidmət ödənişsizdir.

Bundan əlavə, şagird və abituriyentlər tətil zamanı öyrəndikləri mövzular üzrə bilik səviyyələrini yoxlamaları üçün DİM-in nəşrləri olan “Abituriyent” jurnalının və onun əlavələrindən istifadə edə bilərlər.

Dövlət İmtahan Mərkəzi bu nəşrlərin onlayn sifariş sistemi vasitəsilə öz ünvanınıza çatdırılmasını təmin edir.

Abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə jurnalın bütün saylarını və əlavələrini əldə edə bilərsiniz. İstifadəçi almaq istədiyi nəşri seçib bank kartı vasitəsilə ödəniş edir. Daha sonra həmin nəşr “Abituriyent” jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə region və məsafədən asılı olaraq ən geci 5 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

Qeyd edək ki, hər bir nəşrin ünvana çatdırılma xərci 1,5 manatdır. 1 aprel tarixindən etibarən edilən sifarişlərdə ümumi məbləğ 20 manatdan çox olarsa, çatdırılma pulsuz olacaq.

Nəşrlərin çatdırılmasında ləngimə olarsa, (012) 489-02-59 nömrəsinə zəng edib və ya [email protected] ünvanına yazmaq olar.

“Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (PDF formatında) isə buradan əldə etmək mümkündür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam