Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

BDU-nun rektoru YÖK sədrini Bakıda belə aşağıladı

 

 

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley mərasimində iştirak üçün Azərbaycana gələn Türkiyəli alimlərə qeyri-adekvat münasibət göstərilib...

 

Yenixeber.org: BDU-nun yubiley mərasiminə qatılan Türkiyə nümayəndə heyətinin tərkibində olan Yüksək Öğretim Kurulunun (YÖK – Türkiyə Ali Təhsil Şurası) sədri, professor Yekta Saraç üzləşdiyi sayğısızlığa görə tədbiri yarımçıq tərk edib.

Haşiyə olaraq, qeyd edək ki, YÖK Türkiyədə təhsil və elm sahəsində geniş səlahiyyətlərə malik nəzarətedici dövlət qurumudur. YÖK Türkiyədə elm və təhsil sahəsinə nəzarəti funksiyasını həyata keçirməklə yanaşı, həm də rektor vəzifəsinə təyinatlar üçün prezidentə təqdimat verir.

Məlumata görə, yubiley mərasimindən əvvəl Yekta Saraçı qəbul edən BDU-nun rektoru Elçin Babayev onunla hörmətsiz davranıb. Bundan başqa, Azərbaycan prezienti İlham Əliyevin yubiley mərasimində olduğu zaman çıxış etməyi arzulayan YÖK sədrinin o xahişi də yerə salınıb.

Bu azmış kimi, Yekta Saraç o qədər əhəmiyyətsiz qonaq hesab edilib ki, ona rəsmi şəxslərlə eyni vaxtda deyil, çıxış sırası tələbələrə çatanda söz verilib.

Təkcə Elçin Babayev yox, Azərbaycanın digər universitetlərinin rektorları da Yekta Saraçla “10-cu dərəcəli qonaq” kimi davranıblar. Təsəvvür edin, Türkiyədən gələn universitet rəhbərlərinə yüksək diqqət göstərən bizim rektorlar Türkiyədə rektorların vəzifəyə təqdimatını verən şəxsi saya salmayıblar.

Çox güman ki, Azərbaycandakı universitet rektorları məlumatsızlıq səbəbindən YÖK-ü Türkiyənin sıradan bir QHT-si sanaraq, Yekta Saraçı adi “ictimai birlik” sədri zənn ediblər.

Maraqlısı budur ki, bu sayğısızlığı özü üçün təhqir kimi qiymətləndirən Yekta Saraç mərasimi yarımçıq tərk edərək, birbaşa hava limanına, oradan da Türkiyəyə yollanıb.

Amma bu da hələ hamısı deyil. BDU-nun 100 illik yubiley mərasimindən bir müddət sonraAzərbaycanın Təhsil Nazirliyinə YÖK sədrinin incikliyi haqda xəbər daxil olur. Nazirlikdə vəziyyəti araşdırdıqdan sonra necə böyük səhvə və sayğısızlığı yol verdiklərini başa düşürlər.

Maraqlıdır ki, vəziyyəti düzəltmək istəyən Təhsil Nazirliyi YÖK sədrinin könlünü almaq üçün Türkiyəyə qiymətli hədiyyələrdən yük tutan nümayəndə heyəti göndərib. Türkiyəyə göndərilən heyətin Yekta Saraçın incikliyini aradan qaldırıb-qaldırmadığı haqda növbəti yazımızda məlumat verəcəyik. (yenicag.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam