Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİM elektron imtahanlar və müsahibələrin təşkili ilə bağlı-vakansiya elan edir

 

Dövlət İmtahan Mərkəzi (DİM) müsahibələrin təşkili ilə əlaqədar cari işlərin həyata keçirilməsi məqsədilə baş mütəxəssis vakant vəzifəsinə işçi qəbulu elan edir.

Yenixəbər.org: DİM-dən saytımıza bildirilib ki, vakant vəzifə üzrə müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər.

Qulluq funksiyalarına:

-Müsahibə qrupu üzvləri tərəfindən verilmiş qiymətləndirmə ballarını bazaya daxil etmək;

-Müsahibələrin keçirilməsi üçün lazım olan sənədləri (vəzifə təlimatlarını, müsahibə proqramlarını, yekun protokolları, bal cədvəllərini) hazırlamaq və aidiyyəti üzrə nizamlamaq, müsahibə otaqlarının hazırlığını yoxlamaq, avadanlıqların (kompüter, veb-kamera) hazır vəziyyətdə olmasını təmin etmək;

-Gün ərzində keçirilmiş müsahibələrin videoçəkilişlərini mütəmadi olaraq konvertasiya edib bazaya daxil etməklə mühafizəsini təmin etmək;

-Müsahibə materiallarını arxivləşdirmək;

-Rəhbərlik, şöbə müdiri və sektor müdirinin xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək daxildir.

Vəzifə haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib: http://www.tqdk.gov.az/news/4906/

Maraqlanan şəxslərdən müraciət formasını Mərkəzin saytında yükləyib tam şəkildə dolduraraq fevralın 14-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Müvafiq tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam