Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu nazirlik 530 vəzifəni vakansiyaya çıxardı

 

Bu nazirlik 530 vəzifəni vakansiyaya çıxardı

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (126 vəzifə) və B (612 vəzifə) növünə aid olan 738 vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir.

Yenixeber.org:DİM-dən verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat dekabrın 5-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 5 dekabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (530 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

Kənd Təsərrüfatı Nazirliyi (530 vəzifə) – AC1 altqrupu üzrə 8, AC3 altqrupu üzrə 3, AC4 altqrupu üzrə 83, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 31, BB2 altqrupu üzrə 8, BB3 altqrupu üzrə 292 vəzifə, BB4 altqrupu üzrə 101 vəzifə

Qida Təhlükəsizliyi Agentliyi (90 vəzifə) – AB1 altqrupu üzrə 2, AB2 altqrupu üzrə 8, AB3 altqrupu üzrə 14, BA3 altqrupu üzrə 26, BA4 altqrupu üzrə 40

Mədəniyyət Nazirliyi (56 vəzifə) – AC2 altqrupu üzrə 2, AC4 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 5, BB1 altqrupu üzrə 1,BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 19, BB4 altqrupu üzrə 23 vəzifə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (23 vəzifə) - AB1 altqrupu üzrə 1, AB3 altqrupu üzrə 2, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 7, BB4 altqrupu üzrə 10 vəzifə

Müdafiə Sənayesi Nazirliyi (13 vəzifə) - AB2 altqrupu üzrə 1, AB3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 10, BA4 altqrupu üzrə 1 vəzifə

Dövlət Maliyyə Nəzarəti Xidməti (8 vəzifə) – BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 6 vəzifə

Gəncə Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 6 vəzifə

Milli Televiziya və Radio Şurasında BB3 altqrupu üzrə 1 vəzifə

Hacıqabul Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

Şamaxı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

Nəsimi Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 738 vakant vəzifənin 12- si 4-cü təsnifata,124- ü 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 555-i isə 7-ci təsnifata aid olmaqla,27-si AB, 99-u AC, 99-u BA, 513-ü isə BB vəzifə qrupuna aiddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam