Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

169 saylı məktəbin direktoru poliqlot-müəllimi şərləyir?- "Üzümə şagird qoyublar..." 

 

 
Məktəb direktorunun təzyiqlərinə məruz qaldığını deyən, 30-dan artıq xarici dil bilən poliqlot-müəllim İbrahim Cəfərov polis tərəfindən saxlanılıb.
Yenixeber.org: Bu barədə saytımıza İ.Cəfərovun özü məlumat verib.
Onun sözlərinə görə, bu dəqiqələrdə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə aparılıb: "Məni polisə gətiriblər. Üzümə şagird qoyublar. Deyirlər ki, guya şagird döymüşəm. Mənə şər atırlar".
13-cü polis bölməsindən saytımıza bildirildi ki, İ.Cəfərov şikayət əsasında saxlanılıb. Əlavə məlumat verilmir.
169 saylı məktəbin direktoru Pərvanə Əzimovanın qəbul otağından saytımıza bildirildi ki, İ.Cəfərovun polisə aparılmağı barədə məlumatlı olsalar da, səbəbi haqda açıqlama verə bilməzlər. 
Xatırladaq ki, bir müddət əvvəl İ.Cəfərov redaksiyamıza müraciət edərək işlədiyi Bakı şəhəri 169 saylı məktəbdə də direktorun qəzəbinə tuş gəldiyini bildirmişdi: "Oktyabrın 17-də məni polisə çağırdılar. 13-cü polis bölməsinə getdim, orada da bildirdim ki, məndən edilmiş şikayət şər-böhtandır. Bunu öz işgüzar nüfuzuma zərbə kimi qiymətləndirirəm. Daha sonra Sabunçu rayon Polis İdarəsinə çağırıldım. Polisə verilməyim, məktəbə polis çağırılmasında məqsəd məni şagirdlərin gözündə cinayətkar kimi göstərməkdir. Bu məsələnin kökündə mənim məktəbdə dərs saatının fakti daha çox olduğunu müəyyən etməyim, direktor Pərvanə Əzimovanın uşaqlara 3 il ərzində faktiki olaraq dərs keçməməyini aşkara çıxarmağımdır. Şagirdlərin dərs vaxtı kitabxanaya köməklik etməsinə etirazım olub. Şagirdin dərsdə olmasını tələb edirəm. Deyirlər ki, guya mən məktəbə göndərilmiş bombayam. Direktora deyiblər ki, sən uzağı iki ay burda qala biləcəksən. İbrahim müəllim təhsil naziri ilə görüşmüş insandır. Sənə problem yaradacaq.
Məktəbdə uşaqlara təmənnasız materiallar gətirirəm. Sabunçu polisində də materiallların təmənnasız şagirdlərə gətiriməyimin nə dərəcədə cinayət olmasını soruşdum. Bu polislərdə də gülüş doğurdu. Bildirdilər ki, sən öz cibindən xərc çəkib şagirdlərə əlavə dərs vəsaitləri gətirirsən, burda heç bir qəbahət yoxdur. Mən bunları uşaqların savadlı olması üçün edirəm".(criminal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam