ƏDALƏT MURADOVUN İKİ KAFEDRA MÜDİRİ ƏLBƏYAXA OLDU-YENİLƏNDİ
Universitetin müəllimləri: «Rektor idarəetməni itirib ki, iki kafedra müdiri hamının gözü qarşısında bir-birini təhqir edərək dalaşdı…»
Yenixeber.org: Qəzetin rəsmi saytında xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, tanınmış iqtisadçı alim, sabiq maliyyə naziri Əvəz Ələkbərovla ADİU-nun professoru Zahid Məmmədov dekabrın 24-də universitetdə ilin yekunlarına dair keçirilən Konfransda tutaşıblar. İki professorun davası rektor Ədalət Muradovun gözü qarşısında olub. Baş verənlərin şahidi olan konfrans iştirakçılarının verdiyi məlumata görə, mübahisə və dava bununla nəticələnib ki, professor Əvəz Ələkbərov professor Zahid Məmmədovdan şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Yasamal rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək cavabdeh Z.Məmmədovdan 25 min manat təzminat tələb etdiyini bəyan edib. Məsələ ilə bağlı hər iki professorun mövqeyini öyrənməyə çalışsaq da, Yeni il tətili ilə bağlı bu mümkün olmadı.
Bəs Yeni il ərəfəsində iki professorun əsəblərini tarıma çəkən nədir? Bu suala dəqiq cavab da vardır. Belə ki, yuxarıda qeyd olunan məlumatı «Təzadlar»ın rəsmi saytında yerləşdirəndən sonra həmin məlumata 30-dan çox şərh yazıldı. Özünü universitetin tələbə və müəllimləri kimi təqdim edən şərhçilərin yazdıqları kritik ifadələrlə məsələnin əsl mahiyyətini açıqlayıblar (həmin şərhlər saytda vardır).
Beləliklə, ADİU-dan daxil olan həmin məlumat və çoxsaylı şərhlər universitetdə vəziyyətin kritik olduğuna işarədir.
İki tanınmış professorun dalaşması, konfrans zalında bir-birini təhqir etməsi təsadüfdürmü? "Bunlar o deməkdir ki, rektor Ədalət Muradov idarəetməni itirib və artıq vəziyyət nəzarətdən çıxıb. Biz professorlar bir daha diqqətinizə çatdırırıq ki, rektorun nüfuz dərəcəsi sıfıra yaxınlaşmaqdadır. Əgər onun rəhbərliyi ilə keçirilən konfransda iki professor bir-birini təhqir edib söyürsə və rektor onlara bir söz deyə bilmirsə, artıq özünüz nəticə çıxarın...", -deyə bir qrup professorun redaksiyamıza ünvanladıqları müraciətdə belə deyilir.
Hələki ADİU rəsmləri məsələyə aydınlıq gətirməyib. Amma diqqəti çəkən budur ki, məlum hadisə ilə bağlı yazılan şərhlərdə də çoxları rektor Ədalət Muradovun 2014-cü ildə qanunsuz yollarla əldə etdiyi professor və doktorluq diplomları, eləcə də Azərbaycanda itirilmiş, sonradan əməkdaşlarımızın prinsipial səyi nəticəsində Ukraynadan tapılaraq Bakıya gətirilmiş, başdan-başa Azərbaycan dövlətinin və siyasi hakimiyyətin iqtisadi siyasətinin əleyhinə olan doktorluq dissertasiyasına toxunurlar və rektora qarşı tədbir görülməsini xahiş edirlər.
"Təzadlar"