Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“İlin müəmması”-Ceyhun Bayramov 

 

 

Yenixeber.org: Xatırlayarsınız, iki il əvvəl Mikayıl Cabbarov Təhsil naziri vəzifəsindən Vergilər nazirliyinə transfer edildikdən sonra onun yeri aylarla boş qalmışdı. Bu müddətdə onun yerinə kimin gətiriləcəyi də uzun zaman mübahisəli qalmış və çoxlu şayiələrə yol açmışdı. Təxminən 6 ay sonra nazir vəzifəsinə müavin Ceyhun Bayramovun təyin edilməsi də bir başqa müəmma olmuşdu. Həqiqətən, sonda həmin vəzifəyə 2013-cü ildən bəri nazir müavini olan Bayramov təyin ediləcəkdisə, məsələni bu qədər yubatmağın mənası nəydi? Azərbaycan hakimiyyətinin kadr təyinatlarında hansı şərtlər irəli sürdüyünü bilirsiniz. Bu şərtlər arasında kimin adamı olmaq məsələsi də önəmli rol oynayır. Son illər vitse-prezident xanımın öz komandasını formalaşdırmaq planlarında da bu şərtlər xüsusi gözlənilir. Bayramovun nazir təyinatı qərarının nədən gecikdirildiyi müəmmasını da burda axtarmaq olar. Cabbarov vəzifədən azad edildikdən bir az sonra aztəhsil.com saytında maraqlı bir yazı getmişdi. O yazıda təhlil olunan məsələlər və proqnozlar əsasən doğru çıxdığına görə, ona istinad edib, bəzi məqamları xatırladacağıq. Bu məqamlar həmin ərəfədə nazir vəzifəsinə iddialı olan namizədlər arasında nədən Ceyhun Bayramovun seçildiyinə bir daha işıq salır.

Saytın yazdığına görə, Təhsil Nazirliyinin kulislərində ilk andan Cabbarovun davamçısı kimi Ceyhun Bayramovun adı hallanıb. Deyilənə görə, ona bu məsələdə hökumətdən də ciddi dəstək olub. Amma əsas müəmma da elə  “hökumət daxilindəki o adamlar kim olub?” sualının ətrafında çözülür. O, hər zaman Cabbarovun “sağ əli” kimi fəaliyyət göstərib və nazirlik daxilində söz sahibi olub. Ceyhun Bayramov həm də Mikayıl Cabbarovla köhnə dost sayılır. “Nə? Harada? Nə zaman?” oyunu yarışmasında bir komandada mübarizə aparıblar. Mikayıl Cabbarovun vitse-prezident Mehriban Əliyevanın ən sevimli kadrı olduğunu nəzərə alsaq, deyilən müəmma tam aydınlaşır. Bayramovun hakimiyyətdəki dəstəkçiləri birbaşa Əliyevlər olub, təyinat isə klanlarası savaşda qarşı tərəfin dirəniş göstərdiyinə görə gecikib. Yeni nazirin vəzifə təyinatında əlini möhkəmləndirən başqa bir amil də var. O, həm də maliyyə nazirinin müavini Azər Bayramovun qohumudur. Nazir təyin olunduqdan sonra öz komandasını formalaşdıran Cabbarov da  müavin dostunun dəstəyindən bəhrələnib, bəzi yaxın şəxslərini yüksək vəzifələrə təyin edib. Ceyhun Bayramovun vitse-prezident xanımın komandasına daxil olduğunu şərtləndirən başqa bir amil də onun Bakı doğumlu olmasıdır. 46 yaşlı Təhsil naziri Dövlət İqtisad İnstitutunun iqtisadçı ixtisasını, Azərbaycan Universitetinin isə hüquqşünaslıq ixtisasını bitirib.Sələfi və dostu Cabbarov kimi onun da profili təhsil sahəsi ilə bağlı deyil. Amma əsas odur ki, xanım Əliyeva onu da universal kadrlardan biri sayaraq, komandasına daxil edib. Bir də, gərək adamın osminoq Mikayıl Cabbarov kimi dostu olsun.

Amma məsələ ondan ibarətdir ki, nazirimiz nə işlə məşğul olduğunu hələ heç kəs anlamayıb, heç özü də deyəsən bilmir. Nə tənqid, nə də tərif edə bilirik onu, ona görə ki, nazirimiz və onun işi böyük bir “müəmmadır”…(azadlıq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam