Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

267 saylı məktəbdə “fond pulu”nu kim yığır?-AUDİO

267 saylı məktəbdə “fond pulu”nu kim yığır? (AUDİO)
Bakının Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsində yerləşən 267 saylı məktəbə "fond pulu” yığımı hələ də davam edir.
Yenixeber.org: Bu barədə saytımızın "qaynar xətti”nə məlumat veriblər.
Bu barədə redaksiyamıza səs yazısı göndərilib. Məktəbin valideyn komitəsindən olan xanımın səs yazısında "fond pulu” tələb edilir.
"Salam xanım, mən Xalida Mamedovnanın sinfinin valideyn komitəsiyəm. Siz sentyabr ayının "fond pulu”nu vermisiniz.
Daha verməmisiniz. Zəhmət olmasa göndərə bilərsiz? Ya mənə verin, ya da uşağın "gündəlik”inin arasına qoyun. Müəlliməyə çatdırsın”, - deyə səs yazısında bildirilib.
"Fond pulu”nun məktəbdə təmizlik işləri aparan xadimələr üçün yığıldığı deyilir.
Şikayətçilər bildirirlər ki, "fond pulu” vermək istəmədikdə orada təhsil alan şagirdlər müəllimlər tərəfindən sıxışdırılır. Sinif rəhbərləri və valideyn komitələri isə bu məsələdə daha aktiv fəaliyyət göstərirlər.
Məsələyə münasibət öyrənmək üçün 267 saylı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Adilə Orucova BAKU.WS-ə bildirdi ki, səslənən ittihamlar əsassızdır.
Məktəbdə "fond pulu” yığılmır. Səs yazısına gəlincə, məktəb direktoru bu barədə məlumatsız olduğunu və bununla bağlı nəsə deyə bilməyəcəyini bildirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam