Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Cəlilabadda başçının adından pul yığılır -İDDİA

                           Cəlilabad təhsilində rüşvət bütün sahələri üstələyir.

Yenixeber.org: Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Beləki, Təhsil Nazirliyin əmrinə əsasən Araz Babayev rayonun Sabirabad kənd 1 saylı tam orta məktəb direktoru təyin edilib. Lakin A. Babayevin işinə bəzi əngəllər törədilir.

Cəlilabad rayon Sabirabad kənd icra nümayindəsi Rafail Nazğıyev icra başçısının adından gələrək yüksək məbləğdə “hörmət” tələb edir. Təhsil Nazirliyinin əmri isə tələb olunan “hörmətdən” sonra quvvəyə minəcək. Ölkə başçısının “rüşvət gündəlikdən yığışdırılmalıdır” tələbi icra başçısını qane etmir. Əks təqdirdə A. Babayev əmrə əsasən Sabirabad kənd 1 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmalı idi.

Görünür, Cəlilabad RİH başçısı Namiq Zeynalaov rayon rəhbərliyi kimi deyil, hansısa məktəb direktoruna haqq qoymaqla işini bitmiş hesab edir. Saytımıza göndərilən səs yazısında aydın dinlənilir ki, icra hümayindəsi R. Nağıyev yeni təyin olunan məktəb direktorunu rüşvət yığmaqda və onu aktiv olmağa səsləyir.

Onun dediyinə görə, hər müəllimdən 20 manat yığmaqla məsələni həll edəcəyini bildirir. Bütün bunlar birbaşa rayon rəhbərliyinin sifarişidir və icra nümayindələri taşırılan işi icra etməklə özləri icra başçısı yanında hörmətli edəcəklərni düşünürlər. Əslində, Rafail Nağıyevi bu yola vadar edən məhz onun üzərinə götürdüyü “məsuliyyətli” işdir.

Məlumat saytda yayımlanmazdan əvvəl Cəlilabad rayon Sabirabad kənd icra nümayindəsi Rafail Nazğıyevlə telefon əlaqəsi yaratdıq. Səs yazısını montaj olunduğunu deyən icra nümayindəsi məsuliyyətdən yayınmağa çalışdı. Hətta əməkdaşımızı məhkəmə ilə hədələməkdən belə çəkinmədi. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın.

dosye.org

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam