Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

3 ildir müəllim axtaran məktəb - Kənddə qızları oxumağa qoymurlar

 
"Məktəbimizdə kimya və biologiya müəllimi çatışmır. Artıq 3 ildir ki, bu fənlər üzrə şagirdlərə dərs keçirilmir".

Yenixeber.org: Bunu KİV nümayəndələrinin Qubaya mediaturu zamanı Nurəddin Rzayev adına Əspərasti kənd tam orta məktəbin direktoru Füzuli Məlikov deyib.
Onun sözlərinə görə, iki fənn üzrə vakant yer olsa da, müraciət edən yoxdur: "Məktəbimizdə 23 müəllim var. Onlardan 4- ü Təhsil Nazirliyinin xətti ilə gəlib. Həmin müəllimlər çox yüksək səviyyədə dərs keçirlər. Kimya və biologiya fənləri üzrə çətinliyimiz var. Bu fənləri tədris edəcək müəllim olmadığı üçün şagirdlərə dərs keçə bilmirik. 3 ildir ki, kimya müəllimi axtarışındayıq. Ötən il biologiya fənni üzrə müəllim gəlmişdi, biz ona kimya dərsini də vermişdik, uğurlu alınırdı. Amma o, yerdəyişmə ilə Bakıya qayıtdı".

 

Direktor qeyd edib ki, kənddə qızların təhsilə daha çox cəlb edilməsinə çalışsalar da, valideynlər onları oxumağa qoymurlar.

"Ötən il 9-cu sinifdə iki qız şagirdimiz var idi. Onları təhsillərini davam etdirməyə qoymadılar. Biz valideynlərlə bu barədə söhbətlər edirik. Müxtəlif səbəblər göstərirlər, oxutmağa imkan olmadığını bildirirlər və ya oxutmaq istəmədiklərini deyirlər. Valideyinlərə başa salırıq ki, qızın oxumağı daha vacibdir. Ötən il bir qız məzunumuz Lənkəran Dövlət Universitetinə qəbul olub. Onun atası isə 47 yaşında Gəncə Dövlət Pedaqoji Universitetinə daxil olub".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam